Əfqanıstanda 83 sərnişinin olduğu təyyarə qəzaya uğradı


Dünya 27 Yan 2020 14:19:25 101 0

Əfqanıstanda 83 sərnişinin olduğu təyyarə qəzaya uğradı

Əfqanıstanın şərqindəki Qəzni əyalətində "Ariana Afghan Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, təyyarədə 83 sərnişin olub.

Təyyarə "Taliban" radikal hərəkatının nəzarətində olan dağlıq əraziyə düşüb.

Bəzi məlumatlara əsasən, təyyarə yanmağa başlayıb.