Polisdən qorxub meşədə gizlənən şəxs iki həftə sonra tapıldı


Dünya 27 Yan 2020 14:05:00 112 0

Polisdən qorxub meşədə gizlənən şəxs iki həftə sonra tapıldı

Tailandın Tak əyalətində meşədə itmiş motosikletçi iki həftədən sonra tapılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 27 yaşlı şəxs yanvarın 6-da polis yoxlamasından qorxub meşədə gizlənib.

Polislər onun qayıtmadığını görüb, axtarışlara başlayıb. Nəticədə onun yalnız qəzaya uğramış motosikleti tapılıb. Həmin şəxs özü isə meşədə azıb və iki həftə yalnız bitkilərlə qidalanıb.

14 gün davam edən axtarışlardan sonra tapılan motosikletçi həmin gün heç bir hadisə törətmədiyini, sadəcə, polisdən qorxduğu üçün gizləndiyini bildirib.