Saatlıda su kanalına düşən şəxs xilas edilib


Digərləri 27 Yan 2020 14:06:24 126 0

Saatlıda su kanalına düşən şəxs xilas edilib

Saatlı rayonunun Mollavazlı kəndində 1 nəfər su kanalına düşüb

Bakı. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Saatlı rayonunun Mollavazlı kəndində 1 nəfərin su kanalına düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib. Dərhal hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.