Ziyad Səmədzadə kiçik və orta bizneslə məşğul olan seçicilərlə görüşüb (FOTO/VİDEO)


Digərləri 27 Yan 2020 13:54:24 141 0

Ziyad Səmədzadə kiçik və orta bizneslə məşğul olan seçicilərlə görüşüb (FOTO/VİDEO)

Müzakirələr aparılıb, səslənən təkliflər dinlənilib.

Bakı. 23 saylı Nəsimi-Seçki Dairəsi üzrə deputatlığa namizəd, akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir. Trend-in məlumatına əsasən, deputatlığa namizəd Seçki Qərargahında kiçik və orta bizneslə məşğul olan sahibkarlarla-seçicilərlə görüşüb. Görüşdə vurğulanıb ki, hazırda Azərbaycan dövləti KOB subyektlərinə yetərincə dəstək verir. Həmçinin, bu istiqamətdə yeni qanunvericilik aktları qəbul olunur, bu işlər davamlı olaraq davam etdirilir. Görüş işgüzar şəraitdə keçib.