Azərbaycan yığması eyni rəqiblə ikinci oyununu keçirəcək


Digərləri 27 Yan 2020 13:39:13 104 0

Azərbaycan yığması eyni rəqiblə ikinci oyununu keçirəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində bu gün sonuncu yoldaşlıq oyunu keçirəcək.

Bakı. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində bu gün sonuncu yoldaşlıq oyunu keçirəcək. AFFA-dan Trend-ə bildirilib ki, komandamız Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığması ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qeyd edək ki, bu komandalar arasında yanvarın 25-də keçirilmiş oyunda yığmamız 2:0 hesablı qələbə qazanıb.