Arno Xidirbeqişvili: "Bu gün Azərbaycan dünya ölkələrinin ali registrinə daxildir"


Siyasət 27 Yan 2020 12:54:00 110 0

Arno Xidirbeqişvili: "Bu gün Azərbaycan dünya ölkələrinin ali registrinə daxildir"

Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində "Əsas qələbə deyil, iştirakdır" idman prinsipini bölüşməyən praqmatik siyasətçidir.

Son.az bildirir ki, bunu Trend-ə gürcüstanlı politoloq Arno Xidirbeqişvili deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrində vurğulayıb ki, Azərbaycan beynəlxalq təşkilatlarda və ittifaqlarda yalnız kiməsə xoş gəlmək üçün iştirak etməyəcək:

"Onun üçün əsas meyar istənilən layihənin Azərbaycan xalqına verəcəyi səmərədir. Ona görə də Azərbaycan Prezidentinin Davosdakı Dünya İqtisadi Forumunda iştirakı konkret məqsədlərlə diqtə olunur".

O bildirib ki, Azərbaycan bir çox səbəblərlə əlaqədar Forum iştirakçılarının əksəriyyəti üçün maraq doğururdu:

"Məsələ ondadır ki, Ermənistanda mövcud olan siyasi və iqtisadi durğunluq, eləcə də Gürcüstandakı siyasi qeyri-stabillik səbəbi ilə, Azərbaycan regionun qeyd-şərtsiz liderinə çevrilib. Bunda əsas rolu vətəndaşlarının rifahına yönəlmiş müasir milli dövlət modeli yaratmış Prezident İlham Əliyev sayəsində əldə olunan sabitlik oynayıb. Azərbaycanın neft ölkələri arasında yükdaşımalar baxımından rolu kəskin artdıqdan sonra Prezident İlham Əliyev daha da irəli getdi. Bunu İlham Əliyevin Davosdakı görüşləri təsdiq etdi. İnnovativ texnologiyalar, bank sektoru, sosial, iqtisadi, demoqrafik, iqlim, sənaye və texnologiya layihələrinə investisiyalar müasir Azərbaycanın rəhbərinin prioritetləri arasındadır".

A.Xidirbeqişvili hesab edir ki, Azərbaycan məlum səbəblərdən qarşılıqlı maraq kəsb edir - bu, onun Vaşinqton və ya Moskvadan razılıq gözləmədən öz məsələlərini müstəqil həll edən və özünü təmin edə bilən ölkə olmasıdır:

"Buradan Azərbaycanın dünya ölkələrinin ali registrinə daxil olan ölkə kimi siyasi statusu formalaşır. Mən elə bir hal xatırlamıram ki, Azərbaycan nəinki tənqid olunsun, həm də hansısa səhvi qeyd edilsin. Nə Avropa və ABŞ, nə də bu hallarda ehtiyatlı olan Rusiya Azərbaycanı tənqid üçün imkan tapmır və bu, Prezident İlham Əliyevin dövlət xadimi və ölkəsinin lideri kimi böyük qələbəsidir".