Mingəçevirdə avtobusda qadının 2180 manatı oğurlanıb


Sosial 27 Yan 2020 12:35:07 107 0

Mingəçevirdə avtobusda qadının 2180 manatı oğurlanıb

Mingəçevirdə avtobusda qadının 2180 manatı oğurlanıb.

Mingəçevirdə avtobusda qadının 2180 manatı oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki,Mingəçevir Şəhər Polis Şöbəsinə (ŞPŞ)yanvarın 7-də şəhər ərazisində xətt avtobusunda Bakı şəhər sakini T.Cəfərovanın içərisində 2180 manat olan çantasının oğurlanması barədə məlumat daxil olub.

Mingəçevir ŞPŞ və Yevlax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Samux rayon sakini, əvvəllər məhkum olunmuş S.Həsənova Yevlax şəhərinin ərazisində saxlanılıb.

Araşdırma zamanı onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.