Zaqatala gəncləri “Könüllü qonaq” təşəbbüsü çərçivəsində daha bir ailəyə baş çəkiblər (FOTO)


Digərləri 27 Yan 2020 12:32:41 128 0

Zaqatala gəncləri “Könüllü qonaq” təşəbbüsü çərçivəsində daha bir ailəyə baş çəkiblər (FOTO)

Gənclər ev sahibləri ilə xoş və maraqlı vaxt keçiriblər.

Bakı. Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunmasından ilhamlanan Azərbaycan gənclərinin həyata keçirdiyi “Könüllü qonaq” təşəbbüsü çərçivəsində Zaqatala gəncləri daha bir ailəyə baş çəkiblər. Gənclərin İnkişaf və Karyera Mərkəzindən Trend-ə bildiriblər ki, xüsusi qayğıya ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkən gənclər təmizlik işləri aparıb, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradıblar. Gənclər ev sahibləri ilə xoş və maraqlı vaxt keçiriblər. Onlar digər şəhər və kəndlərdə yaşayan gəncləri də bu nəcib təşəbbüsə #könüllüqonaq qoşulmağa çağırıblar.