Ata 1 yaşlı oğlunu öldürdü


Dünya 27 Yan 2020 12:21:00 110 0

Ata 1 yaşlı oğlunu öldürdü

ABŞ-ın Kanyon-Siti (Kolorado) şəhərində dəhşətli hadisə baş verib.

Son.az bakupost.az-a istinadən xəbər verir ki, nəşənin təsiri altında olan 38 yaşlı İsaak Bullard bir yaşlı oğlu Cessi Bullardı maşına qoymağı unudaraq onun üstündən sürüb keçib. Uşağı əzdikdən bir müddət sonra onun maşında olmadığını görən ata dala qayıdıb.

İ.Bullard körpəsinin qan içində yerdə uzandığını görüb.

Özünü itirən ata uşağı yaxınlıqda yerləşən yanğınsöndürmə məntəqəsinə gətirib, lakin aldığı xəsarətlər nəticəsində uşaq keçinib.