Qazaxıstan paytaxtında fövqəladə vəziyyət rejimi elan edilib


Dünya 27 Yan 2020 12:11:18 123 0

Qazaxıstan paytaxtında fövqəladə vəziyyət rejimi elan edilib

Nur-Sultana çovğun və güclü külək yaxınlaşır

Qazaxıstan hökuməti əlverişsiz hava şəraiti ilə əlaqədarpaytaxt Nur-Sultanda fövqəladə vəziyyət rejimi elan edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın daxili işlər nazirinin müavini Yuri İlyin məlumat verib.

Onun sözlərinə görə, paytaxta yaxınlaşan çovğun və güclü küləyə görəməktəb və kolleclərdə dərslər ləğv olunub, şəhərin təhsil şöbəsi uşaqları məktəbəqədər tədris müəssisələrinə aparmamağı və evdə saxlamağı tövsiyə edib.