"Hökümət yalan danışır, koronovirusa yoluxanların sayı 90 mindir"


Dünya 27 Yan 2020 12:10:00 200 0

"Hökümət yalan danışır, koronovirusa yoluxanların sayı 90 mindir"

Xahiş edirəm, Vuxana maska, eynək və əlcəklər bağışlayın. Lütfən, bizə yardım edin.

Son.az haberler-ə istinadla xəbər verir ki, bu sözləri Çinin Vuxan şəhərindəki xəstəxanaların birində tibb bacısı işləyən qadın söyləyib.

Yaşadığı şəhərdəki virusun dəhşətini anlatmağa çalışan qadın xəstəliyə yoluxanların sayının hökümət tərəfindən qəsdən az göstərildiyini iddia edib.

"Hökümət yalan danışır. Koronovirusa yoluxanların sayı 90 mindir. Bu videonu izləyənlərin çölə çıxmamalarını tövsiyə edirəm. Xahiş edirəm, Vuxana maska, gözlük və əlcəklər bağışlayın. Lütfən, bizə yardım edin", - deyə söyləyib.