Məktəblilər üçün avtobuslar təşkil ediləcək FOTO


Digərləri 27 Yan 2020 11:53:00 133 0

Məktəblilər üçün avtobuslar təşkil ediləcək  FOTO

Düşünürəm ki, birgə səyləmiz sayəsində 2020-ci yeni tədris ilinin başlanmasına qədər Bakı şəhərində şagird sayı çox olan ərazilərdəki məktəblər üçün avtobusların təşkil edilməsinə nail olacağıq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, valideynlərlə keçirilən görüşlərdə məktəblər üçün avtobusların təşkil edilməsi ilə bağlı müzakirələr aparılıb.

Nazir əlavə edib ki, TN bu istiqamətdə Bakı Şəhər Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlıq etməyə başlayıb:"Agentlik və Təhsil Nazirliyinin birgə işçi qrupu ilə bu istiqamətdə işlər aparılır. Bu işlər növbəti aylarda da davam etdiriləcək. Təbii ki, bu, birinci mərhələdə bütün məktəbləri əhatə etməyəcək. Ancaq hesab edirik ki, bu, çox faydalı başlanğıc ola bilər".