Azərbaycanda bu ərazilərdə yeni məktəblər istifadəyə veriləcək


Digərləri 27 Yan 2020 11:41:00 99 0

Azərbaycanda bu ərazilərdə yeni məktəblər istifadəyə veriləcək

Azərbaycandakı orta məktəblərin təxminən 50 faizində şagirdlərin sayı 200 və aşağıdır.

Bakı. İlhamə İsabalayeva - Azərbaycandakı orta məktəblərin təxminən 50 faizində şagirdlərin sayı 200 və aşağıdır. Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ölkədə əhalinin sayı hər il artır və orta hesabla şagirdlərin sayı da hər il təxminən 50 min nəfər artır: "Təbii ki, əhali artımı müxtəlif ərazilərdə eyni templə baş vermir. Bunun nəticəsidir ki, bir sıra yaşayış məntəqələrində yüksək şagird sıxlığı mövcuddur". Nazir bildirib ki, Bakının Xəzər rayonunun Binə qəsəbəsində, Kənd Binəqədidə, Sulutəpə, Xırdalan şəhərində, Abşeron rayonunun Masazır və Saray qəsəbələrdə məktəb inşası üçün əlavə torpaq sahələri ayrılacaq, yaxud orada yerləşən məktəblərdə əlavə korpusların ayrılması nəzərdən keçiriləcək.