Bakı metropoliteni qatarların hərəkətində baş verən ləngiməyə aydınlıq gətirdi


Digərləri 27 Yan 2020 11:38:59 129 0

Bakı metropoliteni qatarların hərəkətində baş verən ləngiməyə aydınlıq gətirdi

Bakıda metro qatarında problem yaraıb.

Bakı. Samir Əli - Bakıda metro qatarında problem yaranıb. Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hadisə bu gün səhər 7:35-də baş verib: "Qatarda nasazlıq yaranıb və dərhal "Nəriman Nərimanov" stansiyasından texniki baxış məqsədilə depoya göndərilib. Bu səbəbdən bir dövrə boyunca iki qatar arasında 3-4 dəqiqə interval fərqi müşahidə olunub".