BŞBPİ: Binəqədidə sərxoş sürücü sakinləri yol polisi ilə mübahisəyə təhrik edib


Digərləri 27 Yan 2020 11:04:00 117 0

BŞBPİ: Binəqədidə sərxoş sürücü sakinləri yol polisi ilə mübahisəyə təhrik edib

Sosial şəbəkələrdə Binəqədi rayonunda yol polisinin dislokasiya yerindən kənarda xidmət aparması ilə bağlı yayılan iddialar araşdırılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbut Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, gecə saatlarında yol hərəkəti qaydalarının pozuntusu ilə müşaiyət olunan "Mersedes" markalı avtomobilə Binəqədi DYPŞ əməkdaşları "saxla" işarəsi veriblər:

"Sürücü yol polisinin qanunu tələbinə əməl etməyib, rayonun Sulutəpə qəsəbəsi istiqamətində hərəkəti davam etdirib. Qanunvericiliyə uyğun olaraq, avtomobil saxlanılıb, sürücü E.İbrahimlinin sərxoş olması müəyyən edilib, o, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunub, avtomobil mühafizə olunan duracağa qoyulub. O da müəyyən olunub ki, sürücü məsuliyyətdən yayınmaq üçün məhəllə sakinlərini DYP əməkdaşları ilə mübahisəyə təhrik edib. DYP əməkdaşları qətiyyət göstərərək qanunvericiliyə uyğun olaraq, öz vəzifələrini icra ediblər".