Şəki sakininin evində külli miqdarda narkotik vasitələr aşkar edilib


Sosial 27 Yan 2020 10:59:59 114 0

Şəki sakininin evində külli miqdarda narkotik vasitələr aşkar edilib

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

Şəki sakininin evində külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkar edilib

Bu barədə "Report" un Şimal-qərb bürosuna, DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.Məlumata bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Şəki şəhər sakini, 53 yaşlı Tərlan Vahabov şübhəli şəxs qismində saxlanılıb.Onun şəhər ərazisində yerləşən yaşadığı evə baxış keçirilən zaman oradan külli miqdarda -164 qramdan artıq kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 28 qrama yaxın heroin, həmçinin Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxil olan 110 ədəd “Tramadol” adlı dərman preparatı və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.