“Həkimlərimizi tanıyın!” - Dr.Günay Əhmədova


Digərləri 27 Yan 2020 10:40:00 260 0

“Həkimlərimizi tanıyın!” - Dr.Günay Əhmədova

Dr.Günay “Düzgün qoyulan diaqnoz – müalicənin uğurunun yarısıdır” şüarına əsaslanır

Bakı. “Həkimlərimizi tanıyın!” rubrikamızda sizlərə Mərkəzi Gömrük Hospitalın Radiologiya şöbəsinin yüksəkixtisaslı həkim sonoloqu Günay Əhmədovanı təqdim edirik. Dr. Günay Əhmədova pediartik ultrasəs, rəngli doppler müayinələrini, periferik limfa düyünlərinin ultrasəs müayinəsini, qaraciyərin FibroScan müayinəsini, qarın boşluğu orqanlarının: uroloji və ginekoloji orqanların, erkən hamiləliyin təyini, hamiləliyin trimestrlərlə müayinəsini, prostat vəzinin transrektal görüntüləmələrini, yumşaq toxumaların müayinəsini və süd vəzisinin ultrasəslə müayinəsini həyata keçirir. Dr.Günay Əhmədova 2008-ci ildə Azərbaycan Tibb Universitetini bitirmiş, 2008-2009-cu illərdə A.T.Abbasov adına Bakı Şəhər Onkoloji Dispanserində internatura keçmişdir. 2011-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-sonoloq kimi çalışır. O, daim öz üzərində çalışır, dünya tibb elminin nailiyyətlərini izləyir və işində tibbin ən yeni metod və üsullarından istifadə edir. O, müxtəlif illərdə Türkiyənin Istanbul Universitetinin Tibb fakültəsinin Radioloji Anabilim Bölümündə bütün orqanların ultrasonoqrafik dəyərləndirilməsi və GRİ SCALA rəngli doppleroqrafiya kursunda, İstanbul Universitetinin Tibb Fakültəsinin Radioloji AnaBilim Bölümündə pediatrik ultrasonoqrafik dəyərləndirmələr, Neyrosonoqrafiya, Artrosonoqrafiya, Yenidoğulmuşlarda pataloji dəyişikliklərin anomaliyaların diferensial dəyərləndirilməsi kursunda 6 ay müddətində iştirak etmişdir. 2013-2014-cü illərdə İUTF Radioloji Anabilim Dalında Damarların rəngli doppleroqrafiyası, Süd vəzilərinin USG-si və Mammoqrafiyası, Obsetrik USG, Hamilələrdə Doppleroqrafiya, Anorektal USG kursu, 2014-cü ildə İstanbul ALFA Radioloji Görüntüləmə Mərkəzində Praktik Seminar kursunda, 2015-ci ildə Ayrıntılı USG, Abdominal USG, Ginekoloji Xəstəliklər zamanı Diferensial USG praktik seminar kursu keçərək bilik və bacarıqlarını təkmilləşdirmişdir.