Azərbaycan nefti ucuzlaşır


Digərləri 27 Yan 2020 10:45:00 125 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,37 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,34 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,33 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 56,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,05 dollar/barel azdır.