“Ocean Viking” gəmisi Aralıq dənizində 200-ə yaxın miqrantı xilas edib


Dünya 27 Yan 2020 10:25:14 125 0

“Ocean Viking” gəmisi Aralıq dənizində 200-ə yaxın miqrantı xilas edib

“Ocean Viking” Liviya sahillərindən 80 dəniz mili məsafədə 102 nəfəri, Malta xilasetmə zonasında isə 82 nəfəri xilas edib

Aralıq dənizində miqrantların xilas edilməsi ilə məşğul olan “Ocean Viking” gəmisi 184 miqrantı göyərtəsinə qəbul edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Sərhədsiz həkimlər” humanitar təşkilatından bildirilib.

Məlumata görə, “Ocean Viking” Liviya sahillərindən 80 dəniz mili məsafədə 102 nəfəri, Malta xilasetmə zonasında isə 82 nəfəri xilas edib.

Həmçinin qeyd olunub ki, 72 saatdan az müddətdə miqrantları xilas etmək üzrə həyata keçirilən beş gecə əməliyyatından sonra gəmidə olanların ümumi sayı 407 nəfərdir.

Qeyd edək ki, ötən ilin iyul ayının sonunda “Sərhədsiz həkimlər” təşkilatı “SOS Mediterranee” ilə birlikdə Aralıq dənizindəki miqrantlara yardım məqsədi ilə axtarış-xilasetmə işlərini yenidən başladıb. Humanitar təşkilatların “Ocean Viking” gəmisi Norveç bayrağı altında üzür.