Hacı Nuran bu il evlənmək istəyir


Şou-biznes 27 Yan 2020 10:20:00 288 0

Hacı Nuran bu il evlənmək istəyir

Aparıcı Hacı Nuran qonaq olduğu "X maqazin" verilişdə bir vaxtlar həyatında olan qadınlardan danışıb.

Son.az axsam.az-a istinadən xəbər verir ki, o, ilk dəfə bağçada, daha sonra tələbə olarkən bir xanımı sevdiyini deyib.

Lakin həmin qızla yolları ayrılan Nuran bir müddət fikrini dərslərə yönəltsə də, sonra işləmək qərarına gəlib. Şirkətlərdən birinin rəhbəri vəzifəsində çalışan aparıcı yenidən aşiq olub:

"Başqa bir şirkətin qadın rəhbəri ilə tanış oldum. O xanıma dəhşətli dərəcədə aşiq olmuşdum. İşimi-gücümü atıb bütün vaxtımı onunla keçirirdim. Sonra o, işi ilə əlaqədar ABŞ-a köçməli oldu. O da məni çox sevirdi. Hətta onun valideynləri ABŞ-a getməyim üçün mənə bilet də almışdılar. Amma valideynlərimi qoyub gedə bilmədim".