Qaradağda "Mercedes" yandı


Digərləri 27 Yan 2020 10:11:01 129 0

Qaradağda "Mercedes" yandı

Fövqəladə Hallar Nazirliyi məlumat yaydı

Bakı. Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Bildirilir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.