Almaniyadan Azərbaycana könüllü qayıdanların sayı artıb - EKSKLÜZİV


Siyasət 27 Yan 2020 09:42:41 153 0

Almaniyadan Azərbaycana könüllü qayıdanların sayı artıb - EKSKLÜZİV

2019-cu ildə Almaniya Miqrasiya və Qaçqınlar İdarəsi (BAMF) ümumilikdə 183 954 nəfərin sığınacaq istəyi ilə bağlı ərizəsinə baxıb.

Almaniya Miqrasiya və Qaçqınlar İdarəsi (BAMF) 2019-cu ildəümumilikdə, 183 954 nəfərin sığınacaq istəyi ilə bağlı ərizəsinə baxıb.

BAMF-dan “Report”un Avropa bürosuna verilən məlumatda deyilir ki, hazırda aralarında Azərbaycan vətəndaşlarının da olduğu 57 012 nəfərin sığınacaq üçün müraciəti baxılması üçün gözləmədədir.

Federal idarədən bildirilib ki, təkcə 2019-cu ildə Almaniyaya gələrək qaçqn statusu üçün müraciət edənlərin sayı 142 509 nəfər olub. Bu, əvvəlki illə müqayisədə 12% azalma deməkdir.

BAMF keçən il Cenevrə Konvensiyasına görə sığınacaq üçün müraciət edənlərdən cəmi 45 053 nəfərə qaçqın statusu verib. Bundan əlavə,19 419 nəfər yardımçı müdafiə hüququ və 5 857 nəfər isə, deportasiyadan müdafiə hüququ alıb. 54 034 nəfərin ərizəsi rədd edilib və barələrində yerli idarə məhkəmələri tərəfindən deportasiya qərarı çıxarılıb. Onlara könüllü ölkəni tərk etmələri üçün vaxt verilib.

460 azərbaycanlı Almaniyadan könüllü qayıdıb

BAMF-dan həmçinin bildirilib ki, son 5 ildə Azərbaycan vətəndaşlarının könüllü olaraq Azərbaycana qayıtması statistikasında artış qeydə alınıb. Ən çox könüllü qayıdış 2018-ci ildə qeydə alınıb. Belə ki, həmin il 685 Azərbaycan vətəndaşı Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) REAG\GARp proqramının dəstəklədiyi “StarthilfePlus”layihəsi ilə geri qayıdıb.

Almaniyadan 2019-cu ildəAzərbaycana könüllü qayıdanların sayı isə 460 nəfər olaraq qeydə alınıb.