Solomon adalarında güclü zəlzələ olub


Dünya 27 Yan 2020 09:46:00 111 0

Solomon adalarında güclü zəlzələ olub

Solomon adalarında 6.3 bal gücündə zəlzələ baş verib.

Solomon adalarında 6.3 bal gücündə zəlzələ olub.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, 10 km dərinlikdə baş verən zəlzələnin episentri Kirakira şəhərindən 105 km şimal-qərbdə yerləşib.

Yerli hakimiyyət hələ ki, sunami xəbərdarlığı etməyib. Ölən və yaralılar haqqında məlumat verilmir.

Qeyd edək ki, Okeaniyada yerləşən Solomon adaları seysmik zona sayılır. Burada yeraltı təkanlar və vulkan püskürməsi mütəmadi baş verir.

Alparslan Öztürk