Azərbaycan-Avstriya iqtisadi komissiyası ticari missiya ilə birlikdə növbəti iclasını keçirəcək


Digərləri 27 Yan 2020 09:43:19 127 0

Azərbaycan-Avstriya iqtisadi komissiyası ticari missiya ilə birlikdə növbəti iclasını keçirəcək

Avstriya-Azərbaycan komissiyasının ticari missiya ilə birlikdə növbəti iclasının 2020-ci ilin birinci yarısında Bakıda keçirilməsi planlaşdırılır

Bakı. Ləman Zeynalova - Avstriya-Azərbaycan komissiyasının ticari missiya ilə birlikdə növbəti iclasının 2020-ci ilin birinci yarısında Bakıda keçirilməsi planlaşdırılır. Bu barədə Trend-ə Avstriyanın Rəqəmsal və iqtisadi məsələlər üzrə Federal Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, müştərək Avstriya-Azərbaycan komissiyası ikitərəfli iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verir: "Onun əsas vəzifələri gələcək əməkdaşlığın prioritetlərini tənzimləmək, layihələrin müəyyənləşdirilməsi və problemlərini həll etməkdir. Sinerjini gücləndirmək üçün müştərək komissiyaların görüşləri ikitərəfli ticari missiyalar və iqtisadi forumlarla paralel təşkil olunur". Ticarətin hazırkı vəziyyətinə gəlincə, nazirlik ikitərəfli ticarətin və sərmayə həcmlərinin mövcud potensialdan qat-qat aşağı olduğunu bildirib. Bununla belə, ikitərəfli ticarəti Avstriya şirkətlərinin telekommunikasiya, infrastruktur, turizm, bərpa olunan enerji, kənd təsərrüfatı (qida emalı, yem istehsalı, heyvandarlıq müəssisələri) və ətraf mühitin qorunması kimi sahələrdə təcrübəsindən və Azərbaycanın təklif etdiyi imkanlardan istifadə edərək artırmaq olar.