Azərbaycanda turizm obyektlərinin planlaşdırılması zamanı yeni şərtlər müəyyən edilib


Digərləri 27 Yan 2020 09:31:05 130 0

Azərbaycanda turizm obyektlərinin planlaşdırılması zamanı yeni şərtlər müəyyən edilib

Azərbaycanda turizm sənayesi nümayəndələrinə turizm obyektlərinin planlaşdırılması zamanı bioloji müxtəlifliyin qorunmasıın təmin edilməsi tövsiyə olunub.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda turizm sənayesi nümayəndələrinə turizm obyektlərinin planlaşdırılması zamanı bioloji müxtəlifliyin qorunmasıın təmin edilməsi tövsiyə olunub. Trend-in məlumatına görə, bu tövsiyə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən hazırlanan, tövsiyə xarakterli “Turizm sənayesi nümayəndələrinin etik kodeksi”ndə öz əksini tapıb. Sənədə əsasən, Azərbaycandakı turizm infrastrukturu obyektləri və turizm fəaliyyəti növlərini elə şəkildə planlaşdırmaq lazımdır ki, ekosistemlər və bioloji müxtəlifliyi təşkil edən təbii irsin qorunması təmin edilsin.