Çin dünyada silah satışı üzrə ikincidir


Dünya 27 Yan 2020 08:54:00 167 0

Çin dünyada silah satışı üzrə ikincidir

Çin silah istehsalı və satışına görə dünyada ABŞ-dan sonra ikinci yeri tutur.

Son.az bildirir ki, Trend-in Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutunun (SİPRİ) xüsusi hesabatına istinadən verdiyi məlumata görə, 3-ü yerdə Rusiya gəlir.

2017-ci ildə SİPRİ-nin hesabatında, dünyanın 100 ən böyük şirkəti siyahısında ilk iyirmiliyinin 11-i Amerika, 6-sı Qərbi Avropa və 3-ü Rusiya şirkətlərinin olduqları bildirilir. Ən yüksək satış göstəriciləri Amerika əldə edib - 226,6 milyard.

Bu hesabat, 2015-2017-ci illərdə Çinin satışları haqqında ilk dəfə məlumatları alan institut mütəxəssislərinin fikrincə, Çin hərbi-sənaye sektorunun və ona üzv şirkətlərin müasir potensialının ən dolğun mənzərəsini verib. Bundan əvvəl, lazımi məlumatların olmaması səbəbindən Çin istehsalçıları ilk 100-lük siyahısına daxil edilməyib.

Çinin hərbi sənayesi əsasən 10 əsas şirkətdən və bir tədqiqat institutundan ibarətdir.