Boliviyanın müvəqqəti prezidenti hökuməti istefaya göndərib


Dünya 27 Yan 2020 08:35:00 118 0

Boliviyanın müvəqqəti prezidenti hökuməti istefaya göndərib

​Boliviyanın müvəqqəti prezidenti hökuməti istefaya göndərib

Boliviyanın müvəqqəti prezidenti Janin Anyes hökuməti istefaya göndərib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Boliviya Dövlət Radio və Televiziyası (RTP) məlumat yayıb.

Qeyd olunub ki, Janin Anyes yaxın gələcəkdə Nazirlər Kabinetinin yeni tərkibini təqdim edəcək.

“Prezident Janin Anyes nazirlərin istefası üçün vəsatət qaldırıb. O, qarşıya qoyulan hədəflərə çatmaq üçün hökumət komandasını ən qısa müddətdə təsdiqləyəcək” - televiziyanın “Twitter”ində deyilir.

Bundan əvvəl ölkənin rabitə naziri Roksana Lisarraga prezidentin qarşıdakı seçkilərdə iştirak etmək qərarına razı olmadığı üçün öz təşəbbüsü ilə istefa verib.