Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39a çatıb


Dünya 27 Yan 2020 08:24:00 116 0

Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39a çatıb

Türkiyənin Elazığ əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, 87 binanın dağıldığı, 2219 binanın müxtəlif dərəcəli zədə aldığı bildirilir. Dağıntılar altından xilas edilənlərin sayı 45-ə yüksəlib.

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.