Ankara-Sivas yüksək sürətli dəmir yolu Bakı-Tbilisi-Qarsla birləşəcək


Digərləri 27 Yan 2020 08:00:00 150 0

Ankara-Sivas yüksək sürətli dəmir yolu Bakı-Tbilisi-Qarsla birləşəcək

Türkiyədə Ankara-Sivas yüksək sürətli dəmir yolu Sivas-Ərzincan və Ərzincan-Ərzurum-Qars dəmir yolları vasitəsilə Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşəcək

Bakı. Rufiz Hafizoğlu - Türkiyədə Ankara-Sivas yüksək sürətli dəmir yolu Sivas-Ərzincan və Ərzincan-Ərzurum-Qars dəmir yolları vasitəsilə Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşəcək. Bu barədə Trend-ə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər. Məlumata əsasən, Ankara-Sivas yüksək sürətli dəmir yolu tikintisi bu ilin martında başa çatacaq və bundan sonra dəmir yolunun sınaqdan keçirilməsinə başlanacaq. Layihənin ümumi dəyəri 13,2 milyard lirə təşkil edir. Qeyd edək ki, Ankara-Sivas dəmir yolunun tikintisinin 95 faizdən çoxu başa çatıb. Bu dəmir yolunun uzunluğu 603 kilometrdir.