Braziliyada 57 nəfər leysan yağışların qurbanı olub


Dünya 27 Yan 2020 07:24:00 117 0

Braziliyada 57 nəfər leysan yağışların qurbanı olub

Braziliyanın Minas-Jeyras və Espiritu-Santu ştatlarında 53 nəfər leysan yağışların qurbanı olub.

Braziliyanın Minas-Jeyras və Espiritu-Santu ştatlarında 57 nəfər leysan yağışların qurbanı olub.

“Report” xəbər verir ki, bu barədədövlət Mülki Müdafiə idarəsi məlumat yayıb.

Minas-Jeyras ştatında 48, Espiritu-Santu ştatında isə 9 nəfər leysan yağışlar nəticəsində həlak olub. Hazırda 19 nəfər itkin düşüb.

99 şəhərdə fövqəladə vəziyyət elan edilib. Ötən həftənin cümə axşamından başlayan leysan yağışlar ştatın 36 bələdiyyəsinə zərər vurub.