Çərəzin əzələ sisteminə İNANILMAZ FAYDALARI: bunlara diqqət edin!


Digərləri 27 Yan 2020 07:14:00 128 0

Çərəzin əzələ sisteminə İNANILMAZ FAYDALARI: bunlara diqqət edin!

Yaşla heç bir əlaqəsi olmayan əzələ dartınması çoxunun şikayət etdiyi vəziyyətdir.

Son.az xəbər verir ki, dartınma özü ilə birlikdə əzələ və ya əzələ qrupunun dözülməz ağrılarını gətirir.

Bu vəziyyətin tez-tez təkrarlanması isə metabolik və nevroloji xəstəlikərin simptomudur. Məsələn, diabet, Parkinson xəstəlikləri əzələ dartınması sayəsində üzə çıxır. Maqnezium, kalium kimi mineralların, duz və B12 vitamin çatışmazlığı da dartınmaları tezləşdirə bilər.

Bəs bu problem ev şəraitində təbii üsullarla aradan qaldırıla bilərmi?

Xoş xəbərimiz var: əlbəttə!

*Maqnezium əlavələri (xüsusilə, sitrat və qlisinat duzları) dartınmanın qarşısını alır və azaldır.

* B1 vitamini dartınmanın ağrısını azaldır. B6, B12 əlavə ediləndə təsir daha da güclənir.

* Üzüm çəyirdəyi ayaqdakı əzələ dartınmalarını müalicə edir.

* E vitamini də bu işin öhdəsindən gələ bilər.

* Sodium və kalium çatışmazlığı qarın və ayaq bölgəsindəki dartınmalara səbəb ola bilər. Kalium və duz yeməklə bu problemin qarşısı alına bilər.

Yuxarıda adı çəkilən təbii məhsullar ən çox çərəzlərin tərkibində olur. Lakin çərəzlərdən istifadə edərkən də diqqətli olmaq lazımdır ki, sağlamlığı qorumaq istəyərkən artıq çəki yaranmasın.

30 qram çərəzi həzm etmək üçün nə qədər hərəkət etmək lazımdır?

30 qram çərəz 175 qram kaloriyə bərabərdir. Bu kalorini yandırmaq üçün 30 dəqiqə nizamlı yürüş, ya da 45 dəqiqə sürətli yürüş etmək lazımdır. Eyni miqdar kalorini velosipedlə 20, yüksək sürətlə isə 15 dəqiqə yandıra bilərsiniz.

175 kalorini xərcləmək üçün ən az 20-25 dəqiqə üzmək lazımdır. Tennisi təkbaşına oynayırsınızsa 15, digər halda isə 30 dəqiqə bəs edər. Əgər qolf xoşlayırsınızsa, 15-20 dəqiqəyə ehtiyacınız var.