"Apple iPad" 10-cu ad gününü satış lideri statusunda qeyd edir


Digərləri 27 Yan 2020 06:39:00 143 0

"Apple iPad" 10-cu ad gününü satış lideri statusunda qeyd edir

10 il əvvəl - 27 yanvar 2010-cu ildə - "Apple" şirkətinin başçisi Stiv Jobs şəxsən, kompüter bazarında inqilab edən ilk "iPad"ı təqdim edib

Bakı. "Apple" planşet istehsalçıları arasında ilk sıralarda yer alan brendlərdən biridir. "iPad" adı altında satışa çıxarılan bu planşet modelləri texnologiya həvəskarlarının rəğbətini qazanıb. Trend xəbər verir ki, planşet kompüteri "iPad" 10-cu ad gününü satış lideri statusunda qeyd edir. 10 il əvvəl - 27 yanvar 2010-cu ildə - "Apple" şirkətinin başçisi Stiv Jobs şəxsən, kompüter bazarında inqilab edən ilk "iPad"ı təqdim edib. Tam ölçülü kompüterin, oxuyucunun və qismən smartfonun funksiyalarını özündə birləşdirən cihaz həyatı səyahətlərdə, səyyar və ya dostlarla görüşlərdə davam edən istifadəçilər üçün bir tapinti oldu.