ABŞ Bağdaddakı səfirliyə edilən raket hücumuna münasibət bildirib


Dünya 27 Yan 2020 04:29:11 123 0

ABŞ Bağdaddakı səfirliyə edilən raket hücumuna münasibət bildirib

​ABŞ Bağdaddakı səfirliyə edilən raket hücumuna münasibət bildirib

Rəsmi Vaşinqton ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin ərazisinə atılan raketlərə münasibət bildirib.

“Report” xəbər verir ki, Dövlət Departamentinin nümayəndəsi RİA “Novosti”yə deyib ki, rəsmi Bağdad səfirliyin qorunması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

“Beynəlxalq zonaya raketlərin atılması bağlı məlumatlardan xəbərdarıq. İraq hakimiyyətini diplomatik obyektlərin qorunması ilə bağlı üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyə çağırırıq”.

Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, İraqda vəziyyət gərgin olaraq qalır: “İranın dəstək verdiyi qruplar təhlükəsizliyə təhdid yaratmaqda davam edirlər”.