ABŞ-ın Bağdaddakı səfirliyi raketlərdən atəşə tutulub, yaralılar var - YENİLƏNİB


Dünya 27 Yan 2020 03:30:00 143 0

ABŞ-ın Bağdaddakı səfirliyi raketlərdən atəşə tutulub, yaralılar var - YENİLƏNİB

ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin ərazisinə üç raket mərmisi düşüb.

ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin ərazisinə atılanraketlər nəticəsində bir neçə nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Əl-Sumariya” televiziyası təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki,hazırda helikopterlərABŞ səfirliyinin ərazisindəki insanları təxliyə edir.

İraqın baş naziri vəzifəsini icra edənAdel Abd əl-Mehdiisə Amerika səfirliyini raket atəşə tutan şəxslərin tapılaraq cəzalandırılması barədə göstəriş verib.

01:12***

ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin ərazisinə üç raket mərmisi düşüb.

“Report”un məlumatına görə, bu barədə “Al Arabiya” telekanalı bildirib.

Qeyd olunub ki, raketlərdən biri diplomatik missiyanın restoranına dəyib.

Bir neçə saat əvvəl “Əl-Sumariya” hökumət idarələri və səfirliklərin yerləşdiyi "Yaşıl zona" yaxınlığında üç raketin düşdüyünü bildirmişdi.