Mişel Obama “Qremmi” mükafatı alıb


Dünya 27 Yan 2020 02:40:10 180 0

Mişel Obama “Qremmi” mükafatı alıb

Amerika Birləşmiş Ştatlarının keçmiş birinci xanımı Mişel Obama “Qremmi” mükafatı alıb

Amerika Birləşmiş Ştatlarının keçmiş birinci xanımı Mişel Obama “Qremmi” mükafatı alıb.

“Report” xəbər verir ki, Los-Ancelesdə nüfuzlu musiqi mükafatlarının 62-ci təqdimetmə mərasimində “Ən yaxşı danışıq albomu” nominasiyasında “Qremmi” mükafatı ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişelə verilib.

Mişelin xatirələr kitabı 2018-ci ilin noyabr ayında nəşr olunub. Artıq ilk günlərdə nəşrin 1,4 milyondan çox nüsxəsi çap və rəqəmsal formada satılıb.

Peşəcə hüquqşünas olan 56 yaşlı Mişel Obama, 2009-2017-ci illərdə ABŞ-ın birinci xanım olub.Barak Obama ilə 1992-ci ildə ailə həyatı quran Mişel iki qız anasıdır.