Hormonları balanslaşdırmağa kömək edən 6 məhsul


Digərləri 27 Yan 2020 02:30:00 145 0

Hormonları balanslaşdırmağa kömək edən 6 məhsul

Mütəxəssislər hormonal balansın pozulmasının qarşısını almaq üçün rəfinə olunmuş qənd, alkoqol, trans yağlardan uzaq durmağı məsləhət görür. Kələm, qoz, kətan toxumu, sarıkök kimi digər məhsullar isə, əksinə, hormonları balanslaşdırmağa kömək edir.    

Son.az qafqazinfo-ya istinadən onların faydaları ilə sizi tanış edir:

Kələm

Kələmin müxtəlif növlərinin tərkibində indol-3-karbinol adlı spesifik birləşmələr var. Bu fitokimyəvi maddə antioksidant təsirə malikdir və orqanizmə estrogen artığını aradan qaldırmağa kömək edir. Bu maddənin qəbulunu çoxaltmaq üçün kələmi yeməmişdən əvvəl azacıq pörtmək lazımdır.

Giləmeyvələr

Moruq, qara qarağat və böyürtkən tərkiblərindəki az miqdarda karbohidrata görə qanda şəkərin səviyyəsini, bununla isə hormonları tənzimləməyə kömək edirlər.

Kətan toxumu

Kətan toxumu və yağının tərkibində estrogenin səviyyəsinə tənzimləyici təsir göstərən "liqnan" adlı maddə var.

Qoz