Qazaxıstanın paytaxtında bütün aviareyslər təxirə salınıb


Digərləri 27 Yan 2020 01:21:00 122 0

Qazaxıstanın paytaxtında bütün aviareyslər təxirə salınıb

Yanvarın 27-də Nur-Sultan şəhərində məktəblər, kolleclər və məktəbəqədər mərkəzlər bağlı olacaq

Bakı. Hava şəraiti ilə əlaqədar Qazaxıstanın paytaxtındakı hava limanında bütün reyslər təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanının mətbuat xidmətinin nümayəndəsi Jenis Əhmətcanov xəbər verib. J.Əhmətcanov deyib: "Nursultan Nazarbayev Beynəlxalq Hava Limanı, çətin hava şəraiti və məhdud görünmə səbəbiylə təhlükəsizliyi təmin etmək məqsədi ilə bütün gəliş və gediş uçuşlarını qeyri-müəyyən müddətə təxirə salındığını bildirir. Küləyin sürəti saniyədə 20-24 metrə çatır."