ABŞ-ın Bağdaddakı səfirliyi raketlərdən atəşə tutulub


Dünya 27 Yan 2020 01:12:18 114 0

ABŞ-ın Bağdaddakı səfirliyi raketlərdən atəşə tutulub

ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin ərazisinə üç raket mərmisi düşüb.

ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin ərazisinə üç raket mərmisi düşüb.

“Report”un məlumatına görə, bu barədə “Al Arabiya” telekanalı bildirib.

Qeyd olunub ki, raketlərdən biri diplomatik missiyanın restoranına dəyib.

Bir neçə saat əvvəl “Əl-Sumariya” hökumət idarələri və səfirliklərin yerləşdiyi "Yaşıl zona" yaxınlığında üç raketin düşdüyünü bildirmişdi.