Günün qoroskopu: Fantaziyanızı məhdudlaşdırmayın


Digərləri 27 Yan 2020 00:01:00 135 0

Günün qoroskopu: Fantaziyanızı məhdudlaşdırmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Dost və uzaq qohumlarla ünsiyyəti günün ikinci yarısına planlaşdırın. Çünki bu zaman ətrafdakılarla daha yaxşı dil tapmaq iqtidarında olacaqsınız. Gün ərzində gələcəkdə öz xeyrinizə istifadə edə biləcəyiniz xeyli faydalı məlumat ala bilərsiniz.

Buğa - Sizi bu gün flirt gözləyir - asanlıqla vurulur və eyni müvəffəqiyyətlə də insanları özünüzə aşiq edirsiniz. Ancaq hisslərinizi hədər sərf etməyin: bu, sizin özünüzə inamınızı bir qədər laxlada bilər. Üstəlik, alışqanlığınız gözlədiynizdən daha güclü ola bilər, həmçinin seçdiyiniz insanın da etibarlı olduğuna heç kim və heç nə zəmanət vermir.

Əkizlər - Gün təzadlıdır: daxili rahatlığınız sabit olmayacaq, yaxınlarınızla mübahisədə öz nöqteyi-nəzərinizi dəfələrlə müdafiə etməli olacaqsınız. Əhvalınızın sabitliyi ilə də öyünə bilməzsiniz - kədər və şənlik bir-birini səbəbsiz yerə və çox sürətlə əvəz edir. Yaxşı olar ki, dükan-bazar gəzib alver etməyəsiniz, bədxərcliyinizin nəticəsi pis ola bilər.

Xərçəng - Fantaziyanızı məhdudlaşdırmayın. Orijinal ideyalar yaradıcılıqda xeyli irəliləməyinizə kömək edəcək. Tələbə və müəllimlər üçün uğurlu gündür. Həmçinin biznesmenlər də bu gün şikayət etməyəcəklər. Bircə əmma var: heç bir halda ancaq öz mənafeyinizi güdməyin.  

Şir - Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq və müxtəlif fəaliyyət sahələrində özünüzü ən yaxşı tərəfdən göstərmək şansınız yaranır. Potensialınız və yaradıcı qabiliyyətiniz çox yüksəkdir. Şirlər bu gün seksual bacarıqları ilə də heyrətləndirəcəklər.

Qız - Bu gün mənfi yüklü hadisələrə reaksiyanız daha güclüdür. Pis fikirləri başınızdan qovun. Nikbin olanlar böyük uğur qazanacaqlarına ümid edə bilərlər. Bunun üçün bir az da əmək sərf etmək və tərəfdaş tapmaq lazımdır.  

Tərəzi - Ətrafınızda baş verənləri diqqətlə izləyin, ilk baxışdan əhəmiyyətsiz görünən xırda məsələlər sizə yeni və maraqlı ideyalar verə, gələcək üçün planlar qurmağınıza yardımçı ola bilərlər. Ancaq nəbadə planlarınızdan kiməsə bəhs edəsiniz: paxıllığınızı çəkənlərin gözünə yuxu getmir.