Bu qidalar beyin hüceyrələrini öldürür


Digərləri 26 Yan 2020 23:50:00 137 0

Bu qidalar beyin hüceyrələrini öldürür

Bəzi qidalar bədənimizə xeyirdən çox zərər vurur.

Son.az axar.az-a istinadən bildirir ki, diyetoloqlar mağazada satılan hazır və ya şəkərli qidaların çoxunun beyin hüceyrələri üzərində olduqca mənfi təsirə malik olduğunu bildiriblər. Bu ərzaqlardan bəzilərini təqdim edirik:

Şəkərli qidalar həm çəkinin artmasına səbəb olur, həm də yaddaş zəifliyinə gətirib çıxarır.

Alkoqolun uzun müddətdə qəbulu qaraciyəri sıradan çıxarmaqla yanaşı, beyində zehni yorğunluğa və diqqətin zəifləməsinə səbəb olur.

Qızarmış yeməklərin piylənmə ilə birbaşa əlaqəsi olduğu məlumdur. Lakin mütəxəsssilər bu qidaların beyin hüceyrələrin yavaş-yavaş öldürdüyü qənaətindədir. Bəzi yağlar digərlərinə görə daha təhlükəlidir. Məsələn, çox qızdırılmış günəbaxan yağı ən zəhərli yağlardan hesab edilir. Dəfələrlə istifadə edilmiş yağlarda bişən yeməklər Alzaymer xəstəliyi və beyin xərçəngi riskini artırır.