Alimlər siqaretin insan həyatına yeni təhlükələrini aşkar ediblər


Digərləri 26 Yan 2020 22:04:00 142 0

Alimlər siqaretin insan həyatına yeni təhlükələrini aşkar ediblər

İsrailli mütəxəssilərinin araşdırması nəticəsində bəlli olub ki, siqaret çəkənlər çəkməyənlərdən üç dəfə çox depressiyadan əziyyət çəkirlər.

Qeyd edək ki, israilli alimlərdən də öncə  müxtəlif ölkələrdə alimlər belə bir rəyə gəliblər. Son.az bildirir ki, alimlərin qənaətinə görə, siqaret çəkənlərdə təkcə depressiyadan başqa, eyni zamanda şizofreniya və həyəcanlılıq riski böyük olur. Alimlərin fikrincə, siqaretin tərkibindəki nikotin insanlarda psixi xəstəliklərin yaranmasına yardım edir.

Siqaret təhlükəli adətdir

Britaniyalı alimlərin firkincə, yaşlıların böyük bir qismi bu və ya digər formada ruhi pozğunluqdan əziyyət çəkir. Bununla belə psixi cəhətdən qeyri-stabil olan insanların da böyük əksəriyyəti daha çox siqaret çəkənlər və siqaret asılılığı olan insanlardır. Londonun Kral kollecinin alimlərinin 15 min siqaret çəkən və 237 min siqaret çəkməyən insan arasında apardığı araşdırma nəticəsində bəlli olub ki, siqaret çəkənlərin 57 faizində birinci dərəcəli psixioz vəziyyətin olduğunu müəyyən ediblər. Eyni zamanda siqaret, tabak çəkən insanlarda  xəstəlik digərlərindən fərqli olaraq daha bir il öncə özünü biruzə verməyə başlayır. 40 yaşdan yuxarı siqaret çəkənlərin 20 faizi tez-tez depressiya və həyəcan  keçirirlər.

İsrailli alimlər Budapeşt və Priştinada həyata keçirdiyi araşdırma nəticəsində insanların fiziki və psixi sağlamlığında ciddi problemlərin ortaya çıxdığı bəlli olub. Belə ki, siqaret çəkənlərdə kliniki depressiyaya düşməsi digərlərindən 2-3 dəfə çoxdur.

Bununla belə, siqaret çəkənlərdə ətrafdakıları ilə münasibətdə də problremlər yaşandığını müəyyən olunub. Nəticədə alimlər bi fikrə gəliblər ki, siqaret  təkcə insanın fiziki sağlamlığına yox, həmçinin psixi sağlamlığına da ciddi  təhlükə yaradır. Lakin bunun fizioloji təsiri bəlli deyil.