Teztez sümük bulyonu içməyə 10 səbəb Ailənin sağlamlıq sirri


Digərləri 26 Yan 2020 21:00:00 133 1

Teztez sümük bulyonu içməyə 10 səbəb  Ailənin sağlamlıq sirri

Nə edim ki, həm daxilən, həm zahirən sağlam olum deyirsizsə, ailəlikcə adi sümük qaynadılmış bulyon içməyə adət edin. Həftədə ən azı 2-3 dəfə içərisinə əlavə heç nə qatılmayan bulyon için.

Son.az medicina.az-a istinadən bulyonun bilmədiyiniz faydalarını təqdim edir:

- Kollagenlə zəngin olduğundan birləşdirici toxuma, bağlar və dərinin vəziyyətini yaxşılaşdırır, dərinin tonusunu artırır. Sellülitə qarşıdır

- Qaraciyərin işini yüngülləşdirir, çünki bulyondakı qlisin qaraciyəri toksinlərdən təmizləyir - Bağırsağın selikli qişasını qoruyur, hiperkeçiriciliyini azaldır, bağırsaqdan qaynaqlanan allergiya və toksinləşməyə qarşıdır.

- Sümük və oynaqlardakı, orqanlardakı iltihabi prosesi götürür. Bulyonda olan aminturşuları bütün orqanizmdə iltihab ocaqlarını tapıb təmir edir.

- Əzələ və oynaqlarda ağrını azaldır. Yeni toxuma hüceyrələri yaranmasına dəstək olur. Jelatin və qlisin oynaq və qığırdaqları bərpa edir

- Virus və bakteriyalarla mübarizə aparan maddələr var. Mineral və amin turşuları tez sağalmanı sürətləndirir, immuniteti möhkəmləndirir