Suriyada baş verən partlayışda 8 nəfər ölüb, 20 nəfər yaralanıb


Dünya 26 Yan 2020 20:42:39 134 0

Suriyada baş verən partlayışda 8 nəfər ölüb, 20 nəfər yaralanıb

​Suriyada baş verən partlayışda 8 nəfər ölüb, 20 nəfər yaralanıb

Suriyanın şimal-qərbində minalanmış avtomobilin partlaması nəticəsində 8 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Hələb əyalətinin şimalındakı Aazaz şəhərində baş verən partlayış nəticəsində 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomobil restoran və yanacaqdoldurma mərkəzinin qarşısında partladılıb.