"Molokan" kələminin sağlamlıq üçün 5 inanılmaz faydası


Digərləri 26 Yan 2020 20:40:00 125 0

"Molokan" kələminin sağlamlıq üçün 5 inanılmaz faydası

Kələm turşusu qışın ən populyar məhsuludur. El arasında ona "molokan" kələmi də deyilir. Kələm turşusu sağlamlığımız üçün olduqca vacib probiotik, prebiotik, qidalı liflər, fermentlər və vitaminlərlə zəngindir.

Kələm turşusu əsl müalicəvi məhsuldur.

Son.az saglamolun.az-a istinadən kələm turşusunun insan sağlamlığı üçün mühüm faydaları ilə tanış edir.

1. Bağırsaqların sağlamlığını qoruyur

Kələm turşusu həm probiotik, həm də prebiotiklərlə zəngindir. Kələmin tərkibində olan probiotiklər (lakto- və bifido bakteriyalar) bağırsaqların mikroflorasını yaxşılaşdırır, ziyanlı mikrofloranın miqdarını azaldır. Prebiotiklər isə faydalı mikrofloranın qorunması və çoxalmasını təmin edir.  

Həmçinin qıdalı liflərlə zəngin olan kələm turşusu bağırsaqların normal fəsliyyətini təmin edir, qəbizliyin qarşısını alır.

2. Xolesterinin səviyyəsini aşağı salır

Qidalı liflərin sayəsində kələm turşusu xolesterinin səviyyəsini aşağı salır və bununla da ürək və damarların sağlamlığını qoruyur.

3. İmmun sistemini möhkəmləndirir