Xərçəngdən bu qidalarla qorunun SİYAHI


Digərləri 26 Yan 2020 19:55:00 171 0

Xərçəngdən bu qidalarla qorunun  SİYAHI

Xərçəng ürək-damar xəstəliklərindən sonra ən çox ölümlə nəticələnən bəladır.

Bu xəstəlikdə genetika 5-10 faiz rol oynasa da, əsas göstərici ətraf mühitdən asılıdır. Burada da daha çox yediyimiz qidalar önəm kəsb edir. Dolayısı ilə sağlam qidalanmaqla xərçəngdən qorunmaq mümkündür. Bundan əlavə hər gün 30 dəqiqə davamlı yerimək də effektlidir.

Son.az türkiyəli dietoloq Özge Öçalın düzgün qidalanaraq xərçəngdən qorunma ilə bağlı açıqlamasını təqdim edir.

Meyvə-tərəvəzdən çox istifadə etmək lazımdır.

Kişilər qadınlara nisbətən daha çox meyvədən istifadə etməlidir.

Həftədə 2-3 gün balıq məhsulları yeyilməlidir.

Aparılan araşdırmalara görə, sağlamlığa çox müsbət təsir göstərən Omeqa-3 yağı ilə zəngin balıq məhsullarından istifadə etməklə xərçəngin qarşısını almaq mümkündür.