Marafon yarışlarında idmançılar niyə məhz 42 min 195 metr qaçırlar?


Digərləri 26 Yan 2020 19:05:00 114 0

Marafon yarışlarında idmançılar niyə məhz 42 min 195 metr qaçırlar?

Kütləvi idman yarışlarından olan marafon dünyada çox sevilir. Müxtəlif yaşlı insanlar bu yarışlara həvəslə qoşulurlar. Marafon qaçışını idman azarkeşləri də çox sevirlər. Maraqlıdır ki, yüngül atletika üzrə yarışlar məhz marafon qaçışının keçirilməsi ilə başa çatır. Marafon 42 min 195 metr məsafədə qaçışı nəzərdə tutan yüngül atletika növüdür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, son zamanlar əsas məsafədən əlavə, digər məsafələr üzrə də qaçışlar keçirilir: yarımarafon (21, 097 kilometr), 5 kilometrlik qaçış, uşaq marafonu və s.

Yunan əsgərinin qət etdiyi məsafə

Marafon sözünün yaranmasının tarixi antik dövrə gedib çıxır. Yunan əfsanəsinə görə, eradan əvvəl 490-cu ildə Fidippid adlı bir əsgər həmvətənlərinə farslar üzərində qələbə xəbərini vermək üçün Marafon şəhərindən Afinaya qədər yol qət edir. Təngənəfəs özünü Afinaya çatdıran əsgər "Sevinin, afinalılar, biz qələbə çaldıq", - deyə həyəcanla qışqıraraq, huşsuz halda yerə yıxılır. Bəzi mənbələrdə onun həyatını itirdiyi də yazılır.

Herodota görə isə Fidippid Afinadan Spartaya yardım üçün göndərilmiş döyüşçü idi və o, iki gündən az bir vaxtda 230 kilometr məsafəni qət etmişdi.

1896-cı ildə Beynəlxalq Olimpiya Komitəsi Marafon döyüşünün baş verdiyi ərazidən Afinaya qədər məsafəni ölçüb və onun 42 min 195 metr olduğunu müəyyənləşdirib. Həmin il keçirilən birinci müasir Olimpiya Oyunlarında və 2004-cü ildə keçirilən Afina Olimpiya Oyunlarında marafon qaçışı Marafon düzənliyindən Afinaya qədər olan məsafə üzrə keçirilib.

Fransız filoloqun ideyası