Nigeriyada 29 nəfər Lassa qızdırmasından ölüb


Dünya 26 Yan 2020 19:02:47 124 0

Nigeriyada 29 nəfər Lassa qızdırmasından ölüb

​Nigeriyada 29 nəfər Lassa qızdırmasından ölüb

Nigeriyada bir ay ərzində azı 29 nəfər Lassa qızdırmasından dünyasını dəyişib.

“Report”un məlumatına görə, bu barədə “Nation” nəşri ölkənin Xəstəliklərə Nəzarət Mərkəzinə istinadən xəbər verib.

Qeyd olunub ki, artıq 11 ştatda 195 nəfərin Lassa qızdırmasına yoluxduğu təsdiq edilib

Xatırladaq ki, Lassa qızdırması tənəffüs sistemini, böyrəkləri, mərkəzi sinir sistemini zədələyən yoluxucu xəstəlikdir.İnfeksiyanın əsas daşıyıcısı Afrika siçovullarıdır.