İpoteka və Kredit Zəmanət Fondu vətəndaşlara müraciət etdi


Digərləri 26 Yan 2020 19:08:00 119 0

İpoteka və Kredit Zəmanət Fondu vətəndaşlara müraciət etdi

“Elektron ipoteka və kredit zəmanət sistemi” üzrə müraciət qəbulunda yaranan problemlə bağlı zəruri tədbirlər həyata keçirilir

Bakı. Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar 2020-ci il tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində "Elektron hökumət" portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb. İpoteka və Kredit Zəmanət Fondundan Trend-ə verilən məlumata görə, nəticədə "Elektron ipoteka və kredit zəmanət sistemi" (Elektron sistem) üzrə müraciətlərin qəbulunda problemlər yaranıb. Hazırda Fond aidiyyətı təşkilatlarla birlikdə Elektron sistemin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası və sistemin hər bir istifadəçisinə bərabər şəraitin təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir.