Göyçayda xəstəxana binasında yanğın olub


Digərləri 26 Yan 2020 18:49:00 93 0

Göyçayda xəstəxana binasında yanğın olub

Göyçayda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun hər mərtəbəsi 1250 m² olan, hazırda fəaliyyət göstərməyən üçmərtəbəli xəstəxana binasının 3-cü mərtəbəsində kağız tullantıları 15 m² sahədə yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.