Oğuz rayonunda baş vermiş yanğın söndürülüb


Digərləri 26 Yan 2020 18:43:23 147 0

Oğuz rayonunda baş vermiş yanğın söndürülüb

Oğuz rayonunun Xalxal kəndi yaxınlığında dağlıq meşə ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən söndürülüb

Bakı.Ilhamə Isabalayeva - Oğuz rayonunun Xalxal kəndi yaxınlığında dağlıq meşə ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən söndürülüb. Trend-in məlumatına görə, ETSN-nin mətbuat katibi İradə İbrahimova jurnalistlərə bildirib ki, yanğın ümumilikdə 1 hektara yaxın ərazini əhatə etsə də, 30 sot sahədə kol-kos və quru ot örtüyü yanıb.